Tokioda qadın qubernator seçildi - İlk dəfə
31.07.2016 23:59 Dünyadan reaksiya 963
Tokioda ilk dəfə olaraq qadın qubernator seçilib.
Seçkilərdə qələbəni hakim liberal-demokratik partiyasından olan Yuriko Koike qazanıb. O, qələbə münasibəti ilə etdiyi çıxışda onu dəstəkləyənlərə öz minnətdarlığını bildirib.
Məlumata görə, LDP-dan keçmiş daxili işlər naziri Xiroya Masudanın namizədliyi irəli sürülsə də, sonradan Koike öz namizədliyini irəli sürməyə qərar verib və qalib gəlib.
Şərhlər