Süveyş kanalına rəqib Şimal dənizi yolu üçün Rusiya hücumda: 2 min km daha qısa

13.07.2015 09:11     Dünyadan reaksiya     2301

Şanxaydan yola çıxıb Rotterdam limanına çatacaq bir yük gəmisinin yolunu 2 min kilometr qısaldacaq bir dəniz yolu hansı mənaya gələ bilər? Beynəlxalq nəqliyyatda böyük bir inqilab! Məhz Rusiya bu inqilabın astanasındadır. Uzun illərdir müzakirə edilən, Rusiyanın qütblərə yaxın Şimal Dənizi yolunu gəmilərlə yük nəqliyyatında daha aktiv istifadə layihəsi üçün düyməyə basılıb. Baş nazir Medvedevin imzaladığı plan Süveyş kanalına iddialı bir rəqib yaratmağı hədəfləyir.

Bu layihə ilə 2020-ci ilə kimi Şimal Dəniz Yolu adı verilən "buzlu" marşrutdan ildə 80 milyon ton yükün Asiyadan Avropaya daşınması nəzərdə tutulur.

2013 – cü ildə 71, keçən il isə ancaq 41 yük gəmisinin istifadə etdiyi marşrutdan ümumiyyətlə rus gəmiləri aktiv hərəkət edir.

“The Moscow Times” qəzetinə açıqlama verən mütəxəssislər gündə 49 gəminin keçməsinə imkan verən Süveyş kanalı yolundan 2 min kilometr qısa olan bu yolun böyük bir potensiala sahib olduğunu düşünürlər. Ancaq neft qiymətləri ilə birgə yük dəyərinin də düşdüyü, Asiyadan Avropaya beynəlxalq ticarətin qan itirdiyi bir dövrdə layihənin "zamanlaması" bir qədər çox müzakirə edilir.

Mütəxəssislər eyni zamanda bu çətin rotanın daha geniş istifadə edilməsi üçün, Rusiyanın buzda sıxışa biləcək bir gəmiyə anında və təsirli xilasetmə zəmanəti verməli olduğunu vurğulayırlar. Rusiya hazırda Qütb Qoruma Birliyi adı altında xüsusi hərbi birlik yaradır və xüsusi xilasetmə gəmilərinin inşası üçün gəmiqayırma zavodları inşa etdirir.

Şərhlər

Çox oxunanlar