İŞİD Türkiyə ərazisini raket hücumlarına tutdu

01.08.2016 15:25     Dünyadan reaksiya     899

İŞİD terror təşkilatı tərəfindən Türkiyənin Hatay vilayəti raket hücumlarına məruz qalıb. Trend bu barədə "DHA" agentliyinə istinadən məlumat verir.

Vilayətin ərazisinə Suriya tərəfdən 17 raket mərmisi düşüb.

Agentliyin verdiyi məlumata görə, zərbələr nəticəsində xəsarət alan olmayıb.

Zərbələrdən dərhal sonra Türkiyə HQ Suriya ərazisində İŞİD mövqelərinə zərbə endirib.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar