Gürcüstanın yeni müdafiə naziri təyin olunub

02.08.2016 00:23     Dünyadan reaksiya     966

Gürcüstanda iki yeni nazir təyin olunub.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bu gün ölkənin yeni müdafiə naziri Levan İzoriyanı təqdim edib.

 

Qeyd edək ki, L. İzoriya daxili işlər nazirinin müavini, habelə Gürcüstan Dövlət Mühafizə Xidmətinin rəisi vəzifəsində çalışıb.

 

Ketevan Tsixelaşvili isə barışıq və vətəndaş bərabərlik məsələləri üzrə dövlət naziri vəzifəsinə təyin olunub. O, bundan öncə barışıq və vətəndaş bərabərlik məsələləri üzrə dövlət nazirinin müavini vəzifəsində işləyib.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar