Türkiyədə daha bir general istefa verdi

02.08.2016 11:05     Dünyadan reaksiya     1074

Türkiyə Hərbi Hava Qüvvələrinin raket əleyhinə müdafiə qoşunlarının general-leytnantı Mehmet Şanver istefa verib.

Trend-in "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, istefanın səbəbləri açıqlanmır.

Bundan əvvəl yayılan məlumata görə, Türkiyədə hərbi çevrilişə cəhddən sonra Türkiyə Silahlı Qüvvələrinin 110 generalı işdən azad edilib.

 

Reaksiya.az

Şərhlər