Çinlilər Rusiyaya yerləşir
13.07.2015 16:28 Dünyadan reaksiya 2003
İki ölkə arasındakı son illərdə inkişaf edən münasibətlərdən sonra Çinin Rusiyada 49 illiyinə böyük ərazilər və bir çox daşınmaz əmlak aldığı açıqlanıb
Rusiyanın "Best Novobud 'tikinti şirkətinin İdarə heyəti Başçısı İrina Dobroxotova Çin vətəndaşlarının Moskvadakı evləri aktiv bir şəkildə almağa başladığını açıqlayıb. Dobrohotova bildirib ki, çinlilər əsasən yeni inşa edilən binalarda qiymətləri yüksək olmayan mənzilləri seçirlər: "BRİCS ölkələrindən nə qədər əcnəbinin yeni inşa edilən binalarda mənzil satın aldığını bilirsinizmi? Çinlilər daha çoxdur. Onlar çox bahalı olmayan, orta qiymətə olan təqribən 110 min dollarlıq mənzilləri seçirlər. Əvvəllər onlar heç mənzil almazdılar”.
Daha əvvəl Çin şirkətlərinin Sibirdəki 115 min hektarlıq ərazini əkinçilik üçün icarəyə götürmək məqasədi ilə Rusiya ilə danışıqlar apardığı bildirilmişdi. Bəzi şirkətlərlə razılıq əldə olunduğu qeyd edilib. Zabaykalye vilatəyinin rəsmilərinin dediyinə görə, “Huae Sinbo” şirkəti icarə üçün 448 milyon dollar təklif edib.
Şərhlər