FETÖ şəbəkəsinin GİZLİ TUNELİ tapıldı - FOTOLAR

07.08.2016 15:13     Dünyadan reaksiya     1359

Türkiyədə 15 iyul FETÖ şəbəkəsinin hərbi çevriliş cəhdi ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində bağlanılan Ali İstedadlar Məktəbi və Anadolu Liseyinin yerləşdiyi ərazidə gizli tunel tapılıb.

İzmir şəhərinin Bayraqlı mahalındakı tunelin yeməkxana ilə məscid arasında qazıldığı öyrənilib.

Uzunluğu 200, hündürlüyü 2 və eni 1 metr olan tunelə elektrik enerjisinin verildiyi də məlum olub.

Onun hansı məqsədlə istifadə edildiyi məlum deyil.

Qeyd edək ki, tunel FETÖ şəbəkəsinə məxsus məktəblərin birində təhsil alan keçmiş tələbənin məlumatı əsasında tapılıb. (axar.az)

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar