ABŞ-lı rəsmilərə ciddi sual: “Hakan Fidan dinlənilibmi?”

13.07.2015 18:01     Dünyadan reaksiya     2071

ABŞ xarici işlər nazirinin sözçüsü Kirbiyə Almaniya mətbuatında yer alan, MİT məsləhətçisi Hakan Fidanın NSA tərəfindən dinlənilməsi ilə bağlı sual verilib. Cavab, "Bu cür məsələlər açıldığında söylədiyim sözləri təkrar edəcəyəm, mətbuatda yer alan hər hansı bir mövzu üzərinə şərh etməyəcəyəm. Daha çox məlumat almaq istəsəniz Amerika Milli Təhlükəsizlik Agentliyinə suallarınızı yönəldin "oldu.

İncirlik hərbi bazası haqqında məlumatım yoxdur

Kirby İncirlik Hərbi Hava bazasının Aİ koalisiya gücləri üçün açılması məsələsi üzərinə mətbuatda yer alan bəzi xəbərlərin xatırladılmasına isə belə cavab verib: “Mətbuatda yer alan xəbərləri görmüşəm, lakin məndə bu xəbəri təsdiqləyən heç bir məlumat yoxdur”.

Şərhlər