Hindistanlı xanım fəal 16 illik aclıq aksiyasına son qoyur

09.08.2016 19:01     Dünyadan reaksiya     991

Hindistanın xanım siyasi fəalı İrom Şarmila bu gün 16 illik aclıq aksiyasına son qoymaq niyyətindədir.

Bu barədə "Report" CNN-ə istinadən xəbər verir.
 
O, aclıq aksiyasına Hindistanın Manipur ştatında hərbçilərin 10 dinc sakini öldürülməsinə etiraz əlaməti olaraq 2000-ci ilin noyabr ayında başlayıb.
 
Qeyd olunur ki, siyasi fəal uzun müddət xəstəxanada yatıb və burun borusu vasitəsilə məcburi qidalanıb.
 
Güclü xarakterinə görə, 44 yaşlı İrom Şarmila "Dəmir ledi" ləqəbi alıb.
 
 
 

Şərhlər