Türkiyədə 5 əsgər şəhid olub, 8 əsgər yaralanıb

10.08.2016 11:17     Dünyadan reaksiya     1286

Türkiyədə hərbi maşının keçidi zamanı partlayış törədilib.
 
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Şırnakın Uludərə qəsəbəsində PKK terrorçuları hərbi maşın keçərkən öncədən yola basdırdıqları partlayıcı qurğunu işə salıblar.
 
Partlayış nəticəsində 5 əsgər şəhid olub, 8 əsgər yaralanıb. Yaralıların bəzilərinin durumu ağırdır. Bölgədə geniş miqyaslı əməliyyat başlanıb.
 

Şərhlər

Çox oxunanlar