İran və Ermənistan arasında viza rejiminin ləğv edilməsi haqqında Memorandum qüvvəyə minib

11.08.2016 23:59     Dünyadan reaksiya     927

İran və Ermənistan arasında bu il iyunun 5-də imzalanmış viza rejiminin ləğv edilməsi haqqında Memorandum qüvvəyə minib.

RİA "Novosti"nin verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin avqustun 11-də yaydığı məlumatda deyilir.

Ermənistan XİN-nin rəsmi Facebook səhifəsində bildirilib ki, sənədə əsasən Ermənistan və İran vətəndaşları 180 günlük müddət ərzində ölkədə 90 gündən artıq qalırsa vizadan azaddır.

Belə ki, iki ölkə vətəndaşları daxil tranzitlə keçərək 90 gün ərzində digər tərəfin ərazisində vizasız qala bilər.

 

Reaksiya.az

Şərhlər