Kannda müsəlman qadınlarının çimərlik paltarı qadağan olundu

12.08.2016 14:21     Dünyadan reaksiya     1121

Kann şəhərinin rəhbərliyi "burkini" adlanan ənənəvi müsəlman qadınlarının çimərlik paltarlarına qadağa qoyub. Bu barədə Trend Fransanın "La Libération" qəzetinə istinadən xəbər verir.

Qadın bədənini tam örtən "burkini"də bundan sonra Kann çimərliklərinə giriş artıq qadağandır.

Hakimiyyət orqanları hesab edirlər ki, dini mənsubluğu nümayiş etdirən çimərlik paltarları Fransanın terrorçular üçün hədəfə çevrildiyi zaman içtimai intizamın pozulmasına səbəb ola bilər.

Daha əvvəl İsveçrənin Bazel şəhərində "burkini"də içtimai hovuzlardan istifadə etməyə qadağa qoyulub.

Reaksiya.az

Şərhlər