Moskvada öldürülənlərin azərbaycanlı deyil, erməni və qırğız olduğu üzə çıxıb

12.08.2016 22:07     Dünyadan reaksiya     951

 Bu gün Moskvada öldürülən şəxslərdən birinin, erməni Lev Kamalyanın Azərbaycanda anadan olmuş erməni olduğu üzə çıxıb.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, ölən digər şəxsin isə Rusiya vətəndaşı, milliyyətcə qırğız Nurik Munduzov olduğu bildirilir. 
 
“Moskovski Komsomolets” nəşrinin yazdığına görə, L. Kamalyanın 69, N. Munduzovun isə 36 yaşı olub.
 
Hadisə şahidinin sözlərinə görə, onları sərxoş gənclər qətlə yetirib. Gənclərin skinhed olduqları ehtimal edilir. 
 
 

Şərhlər