İrəvanda yenidən mitinq başladı
12.08.2016 23:15 Dünyadan reaksiya 964
İrəvanın Azadlıq meydanında mitinq başlayıb.
Trend-in News.am saytına istinadən verdiyi xəbərə görə, mitinq Yerevanda polis binasını ələ keçirən silahlı qrupa dəstək etmək üçün başlayıb.
Qeyd edək ki, iyulun 17-dən bir qrup silahlı şəxs Yerevan polisinin post patrul xidməti alayının binasını 15 gün ərzində ələ keçirib. Hadisə zamanı alay komandirinin müavini polis polkovniki Artur Vanoyan öldürülüb.
Şərhlər