Zərif: Mükəmməl bir müqavilə deyil, amma tarixi bir an - FOTOLAR

14.07.2015 13:28     Dünyadan reaksiya     2399

İran ilə P5 + 1 ölkələri arasında Vyanada 2 həftədir davam edən nüvə müzakirələrindən sonra yekun razılaşmanın əldə olunması xəbəri gəlib. Tərəflər son yığıncaqlarına başladılar, İranın "baş düşməni “İsrailin Baş naziri Netanyahu” tarixə keçəcək bir səhvdir” açıqlamasını verib.

13.06 Mogherini müzakirələrin həqiqətən bitdiyini və yekunda  qarşılıqlı razılaşmaya varıldığını növbəti dəfə müjdələyib.

12.59 İran küçələrində bu gecə şənlikərin keçirilməsi gözlənilir. Zərif xalq tərəfindən müzakirələrin qəhrəmanı kimi qəbul edilir. İranlı Twitter istifadəçiləri isə 'İranın Winston Churchill'i başlığıyla bu fotoşəkili paylaşırlar:

12.46 ABŞ prezidenti Barak Obama da 17:00 – da açıqlama verəcək.

12.45 Ruhaninin bir azdan xalqa xitab edəcəyini açıqlanıb.

12.41 İran lideri Ruhani, rəsmi Twitter hesabında bunları yazıb: "İran müqaviləsi, nüvə  stansiyalarının işə yaradığını göstərdi. Bu lazımsız böhranın həlli ilə ortaq mübarizələrə söykənən  yeni üfüqlər ortaya çıxacaq".

12.20 TÜRKİYƏ: MÜSBƏT TƏRƏQQİ

Türkiyə Enerji naziri Taner Yıldız da məsələni şərh edərkən "İran nüvə razılaşmasını son dərəcə müsbət bir inkişaf kimi qəbul edirik. İrana embarqonun aradan qaldırılması neft qiymətləri və investisiyalar üçün əhəmiyyətlidir" - deyib.

12.15 ZƏRİF: Axır ki, problem həll olunub

Zərif nüvə müqaviləsini mükəmməl olmasa da 'yeni üfüqlər açacaq bir həll variantı' kimi xarakterizə edib: "Tarixi bir an. Əla bir razılaşma deyil, amma bu qədərinə nail ola bildik. Böyük bir müvəffəqiyyətdir. Bu gün ümidlərin tükəndiyi gün də ola bilərdi, amma indi ümid dolu yeni bir dövrə qədəm qoyuruq".

12.13 MOGHERINI: Beynəlxalq Əlaqələrdə yeni səhifə açıla bilər

Mogherini də razılaşmanın silah proqramından daha çox beynəlxalq əlaqələrdə yeni bir səhifə aça biləcəyini deyib. O, bildirib ki, bu bütün dünya üçün bir ümidin göstəricisidir.

 

12.10 İran prezidenti Həsən Ruhani xarici işlər nazirinin müavini Abbas Araqçı ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin (UAEA) sədri Yukiya Amanonun imza atarkən çəkdirdiyi şəkilləri twetterdəki hesabına yükləyib. Ruhani “hazırda İran və UAEA keçmişdəki bütün problemləri həll etmə hədəfi ilə əməkdaşlığı artırmaqla bağlı razılığa gəliblər" – deyə öz hesabında yazıb.

 

Aİ sözçüsü Catherine Ray, Twitter hesabından İranlı və P5 + 1 ölkələrinin rəsmilərinin 12: 30 – da BMT-nin İnformasiya Mərkəzində son dəfə biraraya gələcəklərini, ardından mətbuat konfransıyla müqavilənin imzalandığını rəsmən elan edəcəklərini yazıb.

“Reuters”ə açıqlama verən iranlı bir diplomat da əhatəli bir razılaşmanın əldə olunduğunu bildirib. Adının açıqlanmasını istəməyən diplomat, "Bu qədər səylər nəticə verdi və razılaşma təmin edildi" - deyib.

Şərhlər

Çox oxunanlar