Polis oğurlanmış 20 000 dolları Olimpiya kəndinin əməkdaşından tapdı

13.08.2016 23:58     Dünyadan reaksiya     995

Polislər Olimpiadada iştirak edən yığmalardan birinin üzvünün oğurlanmış 20 000 dollarını Olimpiya kəndinin əməkdaşından tapıblar.

Trend-in məlumatına görə, bu barədə TASS Braziliyanın "Globo" qəzetinə istinadən xəbər verib.

Bildirilir ki, ötən gün Olimpiadada iştirak edən nümayəndə heyətlərindən birinin üzvündən oğurluq edilməsi ilə bağlı məlumat daxil olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları kənddə xidmət göstərən işçiləri axtarıblar. Polislər oğurlanmış pulu əməkdaşlardan birində tapıblar. Şübhəli polis bölməsinə aparılıb.

Reaksiya.az

Şərhlər