ABŞ-da atışma nəticəsində iki uşaq ölüb

14.08.2016 10:55     Dünyadan reaksiya     947

 ABŞ-ın Missuri ştatının Kanzas Siti şəhərində atışma nəticəsində iki uşaq ölüb.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli “KCTV News” telekanalı məlumat yayıb.  
 
İnsident nəticəsində 8 və 9 yaşlarında iki oğlan uşağı ölüb. Atışma zamanı həmçinin 16 yaşlı yeniyetmə qız xəsarət alıb.
 
Polis insidentin təfərrüatlarını araşdırır.  
 
 

Şərhlər

Çox oxunanlar