Fidel Kastro ad günündə xalqla görüşdü
14.08.2016 14:37 Dünyadan reaksiya 976
Avqustun 13-də 90 yaşı tamam olan Kuba inqilabının lideri Fidel Kastro Havanada təşkil olunan ad günü şənliklərinə qatılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, onu qardaşı Raul və Venesuelanın prezidenti Nikolas Maduro müşayiət ediblər.
Karl Marks adına teatrın zalında keçirilən tədbirdə 5 min adam iştirak edib. Konsert dövlət televiziyası ilə birbaşa yayımlanıb.
Fidel Kastro ənənəvi idman kostyumunda zala axşamüstü saat 6-da daxil olub, kütlə onu “Fidel – xoşbəxtlik atası” sədaları ilə qarşılayıb.
Şərhlər