Konqoda 45 dinc sakin öldürülüb

15.08.2016 01:33     Dünyadan reaksiya     924

Konqo Demokratik Respublikasında kütləvi qətl nəticəsində 45 dinc sakin öldürülüb. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, bu barədə Beni şəhərinin meri Nyoni Bvanakava məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisə Şimali Kivu vilayətinin Beni şəhərində, şənbə günündən bazar gününə keçən gecə baş verib.

Ölkə prezidenti Jozef Kabila hadisə yerinə gedib. O, qeyd edib ki, bu, terror aktı deyil.

 

 

Reaksiya.az

Şərhlər