Yəməndə avtomobilin partladılması nəticəsində 4 hərbçi həlak olub, 6-sı yaralanıb

16.08.2016 09:30     Dünyadan reaksiya     969

 Yəmənin cənubunda, Abyan əyalətində minalanmış avtomobilin partladılması nəticəsində  hökumət qoşunlarının 4 hərbçisi həlak olub, 6-sı yaralanıb.
 
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi istinadən verdiyi xəbərə görə, insident Ədəndən 120 km cənub-şərqdə yerləşən Şukrə şəhərində qeydə alınıb.
 
Məlumata görə, hazırda regionda Yəmənin hökumət qoşunları və “Əl-Qaidə” terror qruplaşmasının silahlıları arasında şiddətli döyüşlər davam edir. Bildirilir ki, son günlər ərzində Yəmən ordusu Səudiyyə Ərəbistanının dəstəyi ilə üç yaşayış məntəqəsini terrorçulardan təmizləyib.
 
 

Şərhlər