Türkiyə Prokurorluğu Fətullah Güləni 1,9 min il azadlıqdan məhrum etmək niyyətindədr
16.08.2016 18:13 Dünyadan reaksiya 863
Türkiyə Prokurorluğu dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənə iki ömürlük cəza, 1,9 min il azadlıqdan məhrum edilmə və 2,210 milyon gün inzibatı cərimə tələb edib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən xəbər verir.
Daha əvvəl İstanbul məhkəməsi F.Gülənin həbsi barədə qərar çıxarıb. Türkiyənin Adana vilayət məhkəməsi isə F.Gülənin əmlakının müsadirə edilməsi barədə qərar çıxarıb.
Xatırladaq ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.
F.Gülən 1999-cu ildən ABŞ-ın Pensilvaniya ştatında yaşayır.
ABŞ-ın Ədliyyə Nazirliyinin nümayəndə heyətinin avqustun 22-də Ankaraya səfər edərək F.Gülənin Türkiyəyə ekstradisiyasını müzakirə etməsi gözlənilir.
Şərhlər