Patriotlar: Türkiyə üçün təhlükəsizlik, yoxsa risk faktoru?!... - AÇIQLAMA

14.07.2015 17:09     Dünyadan reaksiya     2405

Almaniyanın “Behörden Spiegel” jurnalının xəbərinə görə, Türkiyənin Suriya sərhədində yerləşdirilən Alman Patriot hava hücumundan müdafiə sistemi xaker hücumuna məruz qalıb. Jurnalın iddiasına görə, xaker hücumu nəticəsində sistem aydın olmayan bəzi əmrlər tətbiq edib.

Bu hadisə Patriotların etibarlı olub olmadığı sualını təkrar gündəmə gətirib. “Patriotlar” nə kimi riskləri özündə ehtiva edir? Türkiyənin bu sistemlərə ehtiyacı varmı? “Patriotlar” Türk torpaqlarının təhlükəsizliyini təmin edə biləcəkmi?

Mövzuyla əlaqədar Reaksiya.az –a açıqlama verən Ankara Ufuk Universiteti Beynəlxalq Əlaqələr fakultəsinin dekanı, Səadət Partiyası sədrinin müşaviri və ESAM Mütəxəssisi, keçmiş Ankara millət vəkili Prof. Dr. Oya Akgönenç Muğisuddin bildirib ki, “Patriot” raketləri bura gələndə, hamımızın söylədiyi belə bir şey var idi: Digər raketlərin aradan qaldırılması istənilib, şərtlərdən də biri budur: “O biri raketlər geniş çərçivə içində fırlanaraq 360 dərəcəlik bucaq altında gələni gedəni təqib edə bilirdi. Lakin “Patriot” raketlərinin müəyyən bir istiqaməti var və o istiqamətin xaricində sağa - sola çevirmək mümkün deyil. İndi yerləşdirmə vəziyyətinə baxdığımız zaman, sanki bütün düşmən Şərqdən gələcəkmiş kimi yerləşdirilib, orda da İran var. Cənubda sanki bir təhlükə yoxdur? Təhlükə orada daha çox var. “Patriotlar” isə buna qarşı hazırlıqlı deyil”.

Şərhlər

Çox oxunanlar