PKK dövlət televiziyasına hücum etdi
16.08.2016 21:53 Dünyadan reaksiya 900
Avstriyanın paytaxtı Vyanada OFR dövlət televiziyasının baş ofisinə hücum edən PKK tərəfdarları zor gücünə bəyanat oxumaq istəyiblər.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, 15 PKK tərəfdarı təşkilatın lideri Abdulla Öcalanın həbsdən buraxılmasını da tələb ediblər.
Sonradan mühafizəçilərin yanından keçən bir qrup televiziyanın binasına girib.
Terror dəstəkçiləri bəyanatın xəbərlər proqramında oxunmasını istəyib, ancaq olay yerinə gələn polis buna razılaşmadan onları çölə çıxarıb.
İcazəsiz aksiya təşkil edənlərdən heç kəs saxlanılmayıb, sadəcə haqlarında şikayət edilib.
Şərhlər