Fransada qatar qəzası nəticəsində 60 nəfər xəsarət alıb

17.08.2016 22:51     Dünyadan reaksiya     881

Fransanın cənubunda, Nim və Monpelye şəhərləri arasında hərəkət edən dəmir yol qatarı qəzaya uğrayıb.
 
Bu barədə France Bleu radiostansiyası məlumat yayıb.
 
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, qəzaya tufan nəticəsində yola aşmış ağacın səbəb olduğu bildirilir.
 
Son məlumata görə, qəza nəticəsində 60 nəfər xəsarət alıb.
 
 

Şərhlər

Çox oxunanlar