Hindistanda leysan yağışlar 15 nəfərin ölümünə səbəb olub

20.08.2016 19:56     Dünyadan reaksiya     855

 Hindistanın mərkəzi və şimalında  leysan yağışların yol açdığı sel suları səbəbindən ən az 15 nəfər ölüb.
 
APA-nın “RİA Novosti’ agentliyinə istinadən verdiyi məlumata görə, şənbə günü Malxya-Pradeş əyalətində evin dağılması nəticəsində bir ailənin 7 üzvü həyatını itirib.
 
Uttar-Pradeş əyalətində isə sel suları avtomobildə 6 nəfərin ölümünə səbəb olub. Bu əyalətin Varansi şəhərində su basmış evin çökməsi nəticəsində 3 nəfər ölüb. Leysan yağışlar əyalətdə 20 evin dağılmasına yol açıb. İnsanlara müvəqqəti olaraq təhlükəsiz yerlərə getmək tövsiyə olunub. Təbii fəlakətə məruz qalan rayonlarda xilasetmə işləri aparılır. 
 
 

Şərhlər