İran Rusiya təyyarələrinin digər hərbi bazalardan da istifadə edə biləcəyini açıqlayıb

20.08.2016 20:02     Dünyadan reaksiya     908

“Rusiya təyyarələri Həmədandakı Şəhid Nuje bazasından nə qədər lazım olsa, o qədər istifadə edəcək”.
 
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri İranın müdafiə naziri Hüseyn Dehqan deyib. O bildirib ki, ehtiyac olsa, İran Rusiyaya digər İran bazalarını da istifadə etmək imkanını yarada bilər.
 
Xatırladaq ki, bu həftə ilk dəfə Rusiya hərbçiləri Suriyadakı terrorçulara aviazərbə endirmək üçün İran aerodromundan istifadə ediblər.
 
 

Şərhlər

Çox oxunanlar