Suriyada atəşkəs rejimi “Qafqaz” qruplaşması tərəfindən pozulub
21.08.2016 11:14 Dünyadan reaksiya 920
Suriyada ötən sutka ərzində atəşkəs rejimi Dəməşq və Latakiya əyalətlərində yeddi dəfə pozulub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir. Atəşkəs rejimini pozan qruplaşmalar arasında “Qafqaz” silahlı dəstənin olduğu qeyd olunur.
Məlumata görə, “Qafqaz” qruplaşması Latakiya əyalətindəki Zuaykat yaşayış məntəqəsini atəşə tutub.
Şərhlər