Türkiyədə toyda partlayış törədilib, 30 nəfər ölüb, 94 nəfər yaralanıb
21.08.2016 11:22 Dünyadan reaksiya 826
Türkiyənin Qazıantep şəhərində toy şənliyi zamanı törədilən partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
APA-nın "Assoşieyted Press"ə istinadən verdiyi xəbərə görə, bu barədə Qazıantep valisi Əli Yerlikaya bildirib. O hadisəni terror aktı adlandırıb.
Məlumata görə, partlayış nəticəsində daha 94 nəfər yaralanıb.
Baş nazirin müavini Mehmet Şimşək NTV telekanalına açıqlamasında partlayışın terrorçu qadın-kamikadze tərəfindən törədildiyini bildirib.
Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Partlayışın İŞİD terror qruplaşmasının üzvü tərəfindən törədildiyi ehtimal olunur.
Şərhlər