İstanbulda İsrail konsulluğuna hücum etmək istəyən şəxslər saxlanılıb
22.08.2016 10:39 Dünyadan reaksiya 906
İstanbulda İsrail konsulluğuna hücum etmək istəyən bir qrup şəxs saxlanılıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hürriyyət" qəzeti məlumat verib.
Bu gün yerli vaxtla 02:30-da 5 nəfər İsrail konsulluğuna daxil olmağa çalışıb.
Bildirilir ki, saxlanılanların məqsədi İsrail Ordusunun Qəzzadakı son hərbi əməliyyatları olub.
Saxlanılanların hamısı Türkiyə vətəndaşıdır.
Şərhlər