Somalidə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 23-ə çatıb

22.08.2016 13:35     Dünyadan reaksiya     951

Somalinin Qalkayo şəhərində iki minalanmış avtomobilin partladılması nəticəsində ölənlərin sayı 23-ə çatıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 15 nəfərin öldüyü bildirilirdi.
 
Məlumata görə, hökumət binasının qarşısında bir-birininin ardınca yük və minik avtomobili partladılıb.
 
Terror aktına görə məsuliyyəti “Əş-Şabab” terror təşkilatı öz üzərinə götürüb.
 
 

Şərhlər