Qazaxıstanda terror planlaşdıran dəstə yaxalandı
22.08.2016 23:40 Dünyadan reaksiya 1049
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin əmkdaşları xüsusi əməliyyat zamanı ölkə ərazisində terror aktları törətməyi planlaşdıran radikal qruplaşmanın 4 üzvünü ələ keçiriblər. Modern.az xarici mediaya istinadən xəbər verir ki, saxlanılan qruplaşma üzvləri Qazaxıstan və Qırğızıstan vətəndaşlarıdır.
Onlardan əldəqayırma partlayıcı qurğular hazırlamaq üçün komponentlər və dini-ekstremist materaillar götürülüb.
Məlumatda qeyd edilir ki, yaxalanan radikallar Milli Təhlükəsizlik Komitəsinin əməkdaşlarına və həmin komitənin bölmələrinin dislokasiya yerinə, polisə və hərbi hissələr silahlı hücum planlaşdırıblar. Xüsusi xidmətdən verilən digər məlumata görə, ekstremistlər növbəti mərhələdə əhalinin kütləvi toplaşdığlı yerlərdə terror törətmək niyyətində də olublar.
Şərhlər