Antalyada hava limanında yanğın baş verib

23.08.2016 10:41     Dünyadan reaksiya     906

 Antalya şəhərinin beynəlxalq hava limanında yanğın baş verib.
 
APA-nın CNN Türk telekanalına istinadən verdiyi məlumata görə, yanğın hadisəsi aeroportun ikinci terminalında qeydə alınıb.
 
Hazırda yanğın söndürülüb. Yanğın zamanı təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədilə sərnişinlər hava limanından təxliyə edilib, uçuşlar müvəqqəti olaraq dayandırılıb.
 
İnsidentin başvermə səbəbləri hələ ki məlum deyil.
 
 

Şərhlər

Çox oxunanlar