Türkiyə ordusunun dəstəyi ilə Suriyada 4 kənd İŞİD-dən azad edilib

24.08.2016 22:37     Dünyadan reaksiya     960

Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Firat qalxanı” əməliyyatı çərçivəsində müxalif Azad Suriya Ordusunun qüvvələri 2 kəndi İŞİD terror təşkilatından azad edib.
 
APA-nın “Hürriyet’ qəzetinə istinadən verdiyi məlumata görə, öncə Türkiyə sərhədindən 3 km uzaqlıqda yerləşən Keklice, daha sonra Kıvırcık kəndi İŞİD-dən təmizlənib. Son xəbərlərə əsasən daha 2 kənd terrorçulardan geri alınıb.
 
Qeyd edək ki, bu gün səhər saat 04:00-da Türkiyə Silahlı Qüvvələrinin bölmələri Suriyanın Cerablus bölgəsini İŞİD-dən təmizləmək üçün  “Firat qalxanı” əməliyyatına start verib. İndiyə qədər 46 İŞİD terrorçusu öldürülüb, İŞİD-in bomba yüklü 3 avtomobili məhv edilib.
 
 

Şərhlər

Çox oxunanlar