Fransa polisi hicablı qadını çimərlikdə zorla soyundurdu

25.08.2016 23:45     Dünyadan reaksiya     1064

 

Fransanın bir çox şəhərində qadınların “haşema”  (hicablı qadınlara məxsus qapalı dəniz geyimi) ilə dənizə girməsi qadağan edilib.

 
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə,  artıq bir neçə şəhərdə qadınların bu geyimlə dənizə girməsi qadağan edilib. Dünən isə Fransız polislərinin Nitsada dənizdə günəşlənən hicablı bir qadının geyimini zorla soyundurması dünya gündəmində olay olub.
 
Uzun qollu köynək və tayt geyinən qadının əynindəki “haşema” olmadığı halda belə ona 38 avro cərimə kəsilib.
 
Fransalı nazir Manuel Valls isə qadağa ilə bağlı açıqlama verərək bildirib ki, “haşema” Fransa dəyərlərinə ziddir və qadını kölələşdirmək anlamına gəlir.
 
 
Dünyanın digər yönündə isə tam fərqli şeylər yaşanır.
 
Belə ki, Fransada qapalı geyimlə dəniz girmək qadağan edildiyi halda Şotlandiyada polislərin rəsmi geyimlərinə baş hicabı əlavə edib belə işləmələrinə də icazə verilib.
 
Kanada da müsəlman polislərə qımızı uniformaları ilə hicab taxmalarına icazə veriləcəyi bildirilib.
 
 
 

 

Şərhlər