Rusiya Suriya ilə bağlı Türkiyəyə tələb irəli sürdü

26.08.2016 17:55     Dünyadan reaksiya     781

Rusiya Müdafiə Nazirliyi Türkiyədən, Suriyanın hava məkanında uçuş planları haqqında əlavə məlumat verməsini istəyib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, bunun səbəbi uzun zamandan bəri ilk dəfədir Suriyada türk təyyarələrinin havada Rus təyyarələri ilə qarşılaşa biləcəyi olmasıdır. Rusiya  havada baş verəcək yeni hadisələrə mane olmağa görə Türkiyədən uçuş planın istəyir.

 

Türk F16 təyyarələri Cerablus əməliyyatı çərçivəsində Rusiyanın Lazkiyə yaxınlığındakı Hmeymim Bazasına S-400 hava müdafiə sistemləri yerləşdirməsindən bu yana ilk dəfədir ki, Suriyanın hava sahəsinə daxil olur.

 

Qeyd edək ki, Rusiya S-400 raketlərini, Türkiyənin Suriya hava məkanında bir rus təyyarəsini vurmasından sonra Hmeymime yerləşdirib.

 

 

Reaksiya.az

Şərhlər