Əhməd Davudoğlu: "Yavuz Sultan Səlim körpüsü Azərbaycanı Avropa ilə birləşdirəcək"
26.08.2016 20:43 Dünyadan reaksiya 1062
Yeni "Yavuz Sultan Səlim" körpüsü Azərbaycanı Avropa ilə birləşdirəcək.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğlu Bosfor üzərində üçüncü körpünün açılış mərasimində deyib.
Onun sözlərinə görə, "Yavuz Sultan Səlim" körpüsü bütün dünya üçün mühüm layihədir.
Qeyd edək ki. bu gün Türkiyədə Bosfor boğazı üzərində Yavuz Sultan Səlimin adını daşıyan üçüncü körpünün açılış mərasimi keçirilir.
Körpünün uzunluğu 1,85 kilometr, eni 59 metr, hündürlyü isə 320 metrdir. Körpü üzrə gediş haqqı 3 dollar təşkil edəcək. Layihənin dəyəri 3 milyard dollardır.
Şərhlər