Putin 8 generalı işdən çıxardı

26.08.2016 20:55     Dünyadan reaksiya     816

Rusiya prezidenti Vladimir Putin hüquq-mühafizə orqanlarının 8 generalının vəzifədən uzaqlaşdırılması barədə sərəncam verib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Başqırdıstan daxili işlər nazirinin müavini Vyaçeslav Andreev, Daxili İşlər Nazirliyinin Krasnoyask vilayəti üzrə Baş İdarəsinin rəisi, general-leytenant Vadim Antonovu, Nazirliyin Idarəetmə Akademiyasının rəis müavini, general-leytenant Vasili Bıkadorov, Orenburq vilayəti Mülki-Müdafiə Baş İdarəsinin rəisi, general-mayor Pyotr İvanov, Rusiya Daxili İşlər Nazirliyi Baş İdarəsinin rəis müavini, general-mayor Aleksey Lakuşkin, Rusiya İstintaq Komitəsinin rəis müavini  Vitali Frolov və Tambov vilayəti üzrə İstinaq Komitəsinin sədri, general-mayor Aleksandr Tiskovskini vəzifəsindən azad edib.

 

Generallarla yanaşı, 10 polkovnik də vəzifəsindən ayrılmalı olub.

 

Reaksiya.az

Şərhlər