Moskvada anbarda baş verən yanğın zamanı ölənlərin sayı 17 nəfərə çatıb
27.08.2016 14:45 Dünyadan reaksiya 791
Moskvanın şimal-şərqində anbarda baş vermiş yanğında ölənlərin sayı 17 nəfərə çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin məlumat verib.
"Yanğında xəsarət alanlar Sklifosovski İnstitutuna və 36 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər əllərindən gələni edir. Təəssüf ki, hadisə yerindən çıxarılmış bir nəfərin həyatını xilas etmək mümkün olmayıb", - deyə mer "Twitter" səhifəsində yazıb.
Şərhlər