Hillari Klinton siyasi rəqibi Donald Trampı 5% üstələyir
27.08.2016 20:43 Dünyadan reaksiya 869
Demokratlar Partiyasından ABŞ preizdentliyinə namizəd olan Hillari Klinton Respublikaçılar Partiyasından olan rəqibi Donald Tramp potensial səs sayında 5% üstələyir.
"Report" xəbər verir ki, bunu "Reuters" və "Ipsos" tərəfindən aparılan sorğunun nəticələri göstərir.
Məlumata görə, ictimai rəy sorğusunun nəticələri noyabrın 8-də keçiriləcək prezident seçkilərində potensial seçicilərdən 41%-nin H.Klintonu dəstəklədəyini nümayiş etdirib. Əvəzində D.Trampın bu baxımdan göstəricisi 36% təşkil edir.
Sorğu zamanı rəyi soruşulanların 23%-i bu namizədlərdən heç birinə səs verməyəcəyini bildirib.
Şərhlər