Türkiyədə hava limanı raket atəşinə tutulub

28.08.2016 11:54     Dünyadan reaksiya     913

Kürd Fəhlə Partiyasının yaraqlıları Türkiyənin Diyarbəkir şəhər aeroportunu raket atəşinə tutublar.

"Report" "Doğan" agentliyinə istinadən xəbər verir ki, hava limanına 4 raket atılıb.

Atəşə, əsasən aeroportun polis nəzarət-buraxılış məntəqəsi məruz qalıb. Ölən və yaralananlar barədə məlumat yoxdur.

 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar