Filippində həbsxanaya hücum olub, 28 məhkum qaçıb

28.08.2016 19:56     Dünyadan reaksiya     914

 Filippində “Maute” islamçı qruplaşması ölkənin cənubundakı Maravi şəhərində həbsxanaya hücum edib.
 
APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bir həftə əvvəl həbs edilmiş “Maute” islamçı qruplaşmasının 8 üzvü  azad edilib.
 
Həbsxanaya hücum zamanı müxtəlif cinayət əməllərinə görə məhkum edilmiş 20 məhbus da qaçıb.
 
Qeyd edək ki, bundan əvvəl “Maute” islamçı qruplaşması İŞİD terrorçu qruplaşması ilə müttəfiq olduğunu bəyan edib. 
 
 

 

Şərhlər