İsveçrəyə məxsus hərbi təyyarə radarlardan itib

29.08.2016 21:57     Dünyadan reaksiya     901

 Hərbi bazadan havaya qalxan İsveçrə Silahlı Qüvvələrinə  məxsus McDonnell Douglas F/A-18 С hərbi təyyarəsi radarlardan itib.
 
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, təyyarə Alp dağları üzərində uçarkən itib.
 
Məlumata əsasən, artıq bir neçə saatdır ki, təyyarə ilə əlaqə saxlamaq mümkün deyil. Təyyarədə bir pilotun olduğu bildirilir. İnsidentlə əlaqədar xilasedici dəstələr hazırlıq vəziyyətinə gətirilib.
 
 

Şərhlər