Suriyadan Türkiyənin Kilis şəhərinə üç mərmi atılıb, 5 uşaq yaralanıb

29.08.2016 22:05     Dünyadan reaksiya     902

Bu gün Suriyadan Türkiyənin Kilis şəhəri  atəşə tutulub.
 
APA-nın “Millyet”-ə istinadən verdiyi xəbərə görə, şəhərə üç raket mərmisi düşüb, nəticədə 5 uşaq yaralanıb. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. 
 
Uşaqlardan ən kiçiyinin 5, ən böyüyün isə 11 yaşı var. Yaralılar Kilis Dövlət Xəstəxanasına çatdırılıb.
 
Məlumata əsasən, Türkiyə tərəfi cavab atəşi açıb.
 
 

Şərhlər

Çox oxunanlar