Türkiyədə 35 FETÖ-çu jurnalistin tutulması barədə qərar verilib
30.08.2016 15:28 Dünyadan reaksiya 962
Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) mediadakı təşkilatlanmasına ilə bağlı istintaq çərçivəsində 35 şübhəlinin saxlanılması barədə qərar verilib.
APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, İstanbul Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində 35 şübhəlidən artıq 9-u saxlanılıb.
Şübhəlilərin həm mətbuat orqanlarında, həm də sosial şəbəkələrdə FETÖ lehinə təbliğat apardıqları bildirilir. Saxlanılanlar arasında tanınmış yazarlar da var.
Şərhlər