Putinlə Ərdoğanın növbəti görüş tarixi açıqlandı

30.08.2016 22:28     Dünyadan reaksiya     975

Rusiya Prezidenti Vladimir Putin 3 sentyabr tarixində Çində Argentina Prezidenti Maurisio Makri və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüş keçirəcək.
 
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
 
“Çinə səfər zamanı iki görüş nəzərdə tutulub. Birinci görüş Argentina Prezidenti Maurisio Makri ilə gözlənilir. Bu, Makrinin prezidentiliyi dövründə Putinlə ilk görüşüdür. Bundan sonra isə Rusiya lideri Ərdoğanla bir araya gələcək”.
 
Uşakov türk liderlə Putinin 9 avqustda Sankt-Peterburda görüş keçirdiyini və 26 avqustda telefonla danışdığını da xatırladıb: “Türkiyə ilə ikitərəfli əlaqələrdə normallaşma prosesi gedir”.
 
 
 

Şərhlər