Türkiyənin daxili işlər naziri istefa verib

31.08.2016 22:25     Dünyadan reaksiya     979

 Türkiyə DİN rəhbəri Əfqan Ala istefa verib.
 
APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə baş naziri Binali Yıldırım bəyan edib.
 
Onun sözlərinə görə, daxili işlər naziri vəzifəsinə Əmək və Sosial müdafiə naziri Süleyman Soylu təyin olunub. Süleyman Soylunun yerinə isə onun müavini Mehmet Müezzinoğlu təyin edilib.
 
İstefanın səbəbləri açıqlanmır. 
 
 

Şərhlər