Rusiya aviasiyası İŞİD-in ikinci şəxsini məhv edib
31.08.2016 22:35 Dünyadan reaksiya 902
Rusiya Su-34 təyyarəsinin Hələb vilayətində aviazərbələri zamanı İŞİD-in ikinci şəxsinin məhv edildiyini açıqlayıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, aviazərbə zamanı məhv edilən terrorçular arasında İŞİD-in mətbuatla iş üzrə rəsmi nümayəndəsi kimi tanınan səhra komandiri Əbu Məhəmməd Əl-Adnani də olub.
Bildirilir ki, o, İŞİD-in rəhbəri Əbubəkr Əl-Bağdadidən sonra terror təşkilatında ikinci şəxs hesab edilir.
Şərhlər