Məktəbli prezidentin saytını “sındırdı”

01.09.2016 14:50     Dünyadan reaksiya     883

Şri-Lankanın Kadaqannava şəhərinin sakini olan 17 yaşlı məktəbli imtahanların vaxtını dəyişdirmək məqsədilə ölkə prezidenti Maytripala Sirisenanın saytını iki dəfə "sındırıb".
 
“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, sayt ilk dəfə avqustun 26-da haker hücumuna məruz qalıb. Ana səhifəyə yerli sinqal dilində "Şri Lanka Gəncliyi" qruplaşması adından məlumat yerləşdirilib. Məlumatda imtahan tarixinin sinqal və tamil Yeni ili ilə eyni vaxta təsadüf etməsindən narazılıq bildirilib. Bir neçə saat sonra bu yazı yığışdırılıb və sayt normal fəaliyyətini bərpa edib.
 
Lakin ertəsi gün sayta yenidən müdaxilə baş verib. Bu dəfə əsas səhifədə ingilis dilində eyni məzmunlu məlumat yerləşdirilib.
 
Polis haker hücumlarını təşkil edən məktəblini yaxalayıb. Lakin məktəbliyə hansı cəzanın verildiyi məlum deyil.
 
 

Şərhlər