Filippində baş vermiş partlayışda ölənlərin sayı 15-ə çatıb
03.09.2016 10:46 Dünyadan reaksiya 937
Filippinin Davao şəhərindəki bazarda baş vermiş partlayışda ölənlərin sayı 15 nəfərə çatıb.
"Report" "CNN" telekanalına istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Rodriqo Dutert məlumat yayıb.
Məlumata görə, dövlət başçısı bunun terror hadisəsi olduğunu qeyd edib. O, qeyd edib ki, hüquq-mühafizə orqanları qanlı olayı hadisəni terror aktı kimi araşdıracaqlar.
Partlayışdan sonra polis və ordu avtomobillərdə, sərhəd məntəqələrində axtarışlar aparıb.
Qeyd edək ki, hadisə zamanı 60-dan çox insan xəsarət alıb.
Şərhlər