Antiterror əməliyyatları: 8 türk hərbçi öldü

03.09.2016 14:24     Dünyadan reaksiya     861

Van vilayətində aparılan antiterror əməliyyatı zamanı Türkiyə Silahlı Qüvvələrinin 8 hərbi qulluqçusu həlak olub.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, 8 hərbçi isə xəsarət alıb.

Əməliyyat çərçivəsində Tandürek dağlarında PKK terror təşkilatının 11 döyüşçüsü zərərsizləşdirilib.

Antiterror əməliyyatları Hərbi Hava Qüvvələrinin dəstəyi ilə davam etdirilir.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar